Myanmada hərbi vertolyot vuruldu

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Myanmada fəaliyyət göstərən silahlı etnik qruplaşmalardan biri olan “Kaçinin Azadlıq Ordusu” (KAO) hərbi vertolyotu məhv etdiyini elan edib.

Vertolyot Momak şəhəri yaxınlığında vurulub.

“Myanma ordusu 2 təyyarə və vertolyotla bizim obyektlərimizə hücum etməyi planlaşdırırdı. Biz vertolyotu vurduq, təyyarələr isə ərazini tərk etdi”, – deyə KAO-dan bəyan edilib.

Qeyd edək ki, KAO daha öncə bildirmişdi ki, ölkədəki hərbi çevrilişə qarşıdır və son anadək etiraz aksiyaçılarını müdafiə edəcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş