Əfqanıstanda Cümbüş Partiyasının sədr müavini və ölkənin şimal-şərqindəki qoşunların komandiri Pirim Kul Ziyayi sui-qəsd nəticəsində həyatını itirib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Tahar vilayətinin Polis İdarəsinin sözçüsü Halil Əsir bu barədə açıqlama verib. Qeyd edib ki, Cümbüş Partiyasının sədr müavini və tanınmış komandirlərdən Pirim Kul Ziyayi Tahar şəhərinin Rustak rayonunun Girdab kəndində həyata keçirilən hücum nəticəsində ölüb. Əsirin sözlərinə görə Ziyayi daha əvvəl sözügedən kənddə Taliban-a qarşı əməliyyat həyata keçirib.

Ziyayinin iki mühafizəçisinin də yaralandığı hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.