Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, “Boko Haram” terrorçuları Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatındakı hərbi bazaya hücum ediblər.

Aciri regionundakı hərbi bazaya hücum nəticəsində 8 nəfər həyatını itirib, çox sayda yaralı var.

Xatırladaq ki, adıçəkilən terror qruplaşması 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərir. 2009-cu ildən 20 mindən çox insan bu terrorçuların qurbanına çevrilib.

Əvvəlki məqaləGürcüstanda ictimai nəqliyyat bu tarixədək işləməyəcək
Növbəti məqalədəƏfqanıstanda qoşun komandiri və partiya rəsmisi öldürüldü