Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Qırğızıstan-Tacikistan sərhədində qoşunların geri çəkilməsi başa çatıb.

Bu barədə Qırğızıstan sərhəd xidmətinin mətbuat xidməti məlumat verib.

“Tərəflər əlavə qüvvə və vasitələrin dövlət sərhədi xəttindən öz ərazilərinin içinə geri çəkilişini başa çatdırıblar”, – deyə qeyd edilib.

Bildirilib ki, sərhəddəki vəziyyəti stabildir, ötən gecə ərzində insident və atışma qeydə alınmayıb.

Hər iki tərəfinin hərbçilərindən ibarət birgə komissiya işini davam etdirir.

Xatırladaq ki, 29 apreldə Tacikistan-Qırğızıstan sərhədində silahlı toqquşma yaşanıb. Hər iki tərəfdən ümumilikdə təxminən 50 nəfər dünyasını dəyişib, 200-dən çox insan isə yaralanıb.