Photo: Leo2014 from Pixabay

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, koronavirus pandemiyası dövründə zəruri olan istifadə edilmiş fərdi qoruma vasitələri ətraf mühitin çirklənmə səviyyəsinə mənfi təsir edir.

Bu haqda BMT-in Ticarət və İnkişaf Konferensiyasının məruzəsində deyilir.

Sənəddə qeyd edilir ki, pandemiyaya qədər plasik çirklənmə Dünya üçün ən ciddi təhdidlərdən biri idi. Bununla yanaşı, müəyyən məhsulların istehlakının kəskin artması da “vəziyyəti pisləşdirir”.

Bundan başqa, sənəddə bildirilir ki, özünütəcrid rejiminin və bəzi obyektlərin fəaliyyətinin dayandırılmasının fonunda bütün dünyada istixana qazlarının tullantısı 5% azalıb.