Son iki həftə ərzində gömrük işçiləri 730 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O qeyd edib ki, ölkəmizin cənub sərhədlərində gömrük orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində, təkcə son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu məqaləni paylaş