Az.shafaqna.com “Sepah News”-ə istinadən xəbər verir ki, İran Fars körfəzi və Hörmüz boğazının qərb hissəsində hərbi təlimlərə başlayıb.

“Böyük Peyğəmbər – 14” kod adlı təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) ilə yanaşı, hərbi-dəniz qüvvələri və aerokosmik qüvvələr də iştirak edir.

Manevrlər zamanı raket bölmələri, həmçinin PUA-lardan da istifadə ediləcək.

Qeyd edilir ki, hərbi təlimlərin keçirilməsi zamanı İran Silahlı Qüvvələri ölkənin ilk hərbi peyki olan “Nur” peykindən məlumatlar alır. Adıçəkilən peyk cari ilin aprel ayında orbitə çıxarılıb.