Həsən Ruhani: Peyvənd istehsalına dəstək verəcəyik

Az.shafaqna.com İran mediasına istinadən xəbərə görə şənbə günü Koronavirus epidemiyası ilə milli mübarizə mərkəzinin iclasında çıxış edən prezident  Ruhani, hökümət olaraq Korona virus peyvəndinin idxalatına və yerli peyvənd istehsalına dəstək verməyə davam edəcəklərini, beləcə vətəndaşların  bu peyvəndlərdən faydalanaraq virusa qarşı qorunacaqlarını ifadə edib.

Ruhani, peyvənd şərtlərinin daha da yaxşılaşdıracağını və virusun yayılma zəncirini qıra biləcəyini hökümətin səhiyyə  Nazirliyi tərəfindən təsdiqlənən peyvəndləri bütün çətinliklərə baxmayaraq idxal etməyə çalışdığını vurğulayıb.

Ruhani ayrıca Vyana müzakirələrinə toxunaraq, əldə olunan irələyişlərə  baxmayaraq  hələ sanksiyaların davam etdiyini bildirib.

Bu məqaləni paylaş