Az.shafaqna.com WP-a istinadən xəbər verir ki, Rusiya və Çin Yer kürəsinin orbitindəki ABŞ peyklərini məhv etmək qabiliyyətində olan silah hazırlayıb.
Bu barəfə ABŞ Kosmik Qüvvələrinin komandanı hərbi-hava qüvvələri generalı Con Reymond bildirib.
“Bizim üçün əsas təhdid olan Çin və Rusiya bizim peyklərimizi sıradan çıxara bilən və ya Yerdən və ya kosmosdan və ya kiber məkandan peyklərimizi məhv edə bilən silah hazırlayıb”, – deyə o bildirib.
O deyib ki, ABŞ Kosmik Qüvvələrinin əsas məqsədi rəqiblərin qarşısının alınmasıdır, çünki kosmos da döyüş əməliyyatları bölgəsidir.
General qeyd edib ki, ABŞ kosmosda başlayacaq və ya oraya yayılacaq münaqişəyə girişmək istəmir.
Xatırladaq ki, Reymond daha öncə demişdi ki, ABŞ Rusiya və Çinin kosmosda sahib olduğu imkanlardan narahatdır.