Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Pasxa liturgiyasa ilə bağlı istisna olaraq yalnız bir gecə Gürcüstanda gecə hərəkəti məhdudiyyəti 23:00-dan 04:00-dək davam edəcək (1 maydan 2 maya keçən gecə).
Qərar bir neçə gün öncə Koordinasiya Şurası tərəfindən qəbul edilib.
Bununla yanaşı, 2-4 may tarixlərində məzarlıqlara giriş isə qadağan edilib.
Qeyd edək ki, 4-11 may ölkədə istirahət günləri elan edilib. 3-12 mayda isə bələdiyyə nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq.
ETİKETLƏNDİ:gurcustan
Bu məqaləni paylaş