Salyanda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətuat xidmətindən Az.shafaqna.com-a verilən xəbərə görə, rayon polis şöbəsinə evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri S.Hüseynov və N.Əliyev müəyyən edilərək saxlanılıblar.
Saxlanılan şəxslərin ətrafında araşdırma davam etdirilir.
Bu məqaləni paylaş