Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, qəbiristanlığın ziyarət qadağasını pozan şəxs 2 min lari məbləğində cərimələnəcək.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
“Cari ilin 2 mayından 4 mayınadək vətəndaşlara Gürcüstanın hər yerindəki məzarlıqların ərazilərinə giriş qadağan edilir”, – deyə qeyd edilib.
Bildirilib ki, istisna hal yalnız dəfn mərasimləridir.
2 maydan polis qəbiristanlıqlara aparan bütün yollara və tənzimləmələrə riayəyə nəzarət edəcək.
Bu məqaləni paylaş
