Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo və Gürcüstan Baş naziri Qiorgi Qaxariya arasındakı telefon danışığı zamanı qarşıdan gələn seçkilər müzakirə edilib.

Tərəflər ABŞ və Gürcüstan münasibətlərini, həmçinin iki ölkənin koronavirusla mübarizədəki koordinasiyasını müzakirə ediblər.

Həmçinin Pompeo Gürcüstanda qarşıdan gələn parlament seçkilərinə toxunaraq bərabər hüquqların mühümlüyünə toxunub.