Tacikistan və Qırğızıstan prezidentləri atəşkəsi müzakirə etdilər

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov telefon danışığı zamanı atəşkəs rejiminə və qoşunların daimi yerləşmə yerlərinə qayıtmasına dair razılıqların icrasını müzakirə ediblər.

Bu barədə Tacikistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

“Danışıqlar zamanı dövlət başçıları tərəflər arasında Tacikistan və Qırğızıstanın sərhəd rayonlarındakı vəziyyətin stabilləşdirilməsi üzrə razılıqların yerinə yetirilməsini müzakirə edərək atəşkə rejiminə tam riayət və qoşunların daimi mövqelərinə geri dönməsi məsələlərinə xüsusi diqqət ayırıblar”, – deyə qeyd edilib.

Prezidentlər bu istiqamətdəki işçi qrupların birgə fəaliyyətinə və delimitasiya və demarkasiya üzrə hökumətlərarası komissiyaların iclasının başlamasına dair də fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, 29 apreldə iki ölkə sərhədində silahlı münaqişə baş verib. Hər iki tərəfdən itki və yaralananlar olub.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş