
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, “Apple” smartfon və planşetlərini onların prosessorlarındakı daxili zəifliyin hesabına “sındırmaq” olar.
Bu haqda “Digitpol” kibertəhlükəsizlik agentliyi Çinin “Pangu” istehsalçı komandasına istinadən məlumat yayıb.
Qeyd edilir ki, xəta SEP (Secure Enclave Protection) prosessorlarındadır. Bu prosessorlar konfidensial məlumatları, o cümlədən də şifrə və biometrik məlumatların mühafizəsi ilə məşğuldur.
Məlumdur ki, cinayətkarlar cihazı “sındırmaq” üçün “Checkm8” adlı xüsusi sistemdən istifadə edirlər. Adıçəkilən sistem şifrə 10 dəfə yanlış daxil edildikdən sonra cihazın avtomatik bloklanmasından yayına bilir.
Nəticədə də cihazın blokdan çıxarılması üçün caniyə imkan yaranır. Mütəxəssislər inandırırlar ki, smartfon və ya planşeti “sındırmaq” üçün hakerin həmin cihaza fiziki çıxışı olmalıdır, yəni cihaz hakerin birbaşa əlində olmalıdır.
Ekspertlər həmçinin əmindirlər ki, cihazlardakı bu zəifliyi proqram səviyyəsində aradan qaldırmaq mümkün deyil.






























