Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Gürcüstan hökumət aparatından verilən məlumata əsasən, görüş zamanı SOCAR-ın Gürcüstanda reallaşdırdığı investisiya layihələri müzakirə edilib.
Qeyd edilib ki, Gürcüstan uğurlu şəkildə SOCAR-la əməkdaşlıq edir.
Gürcütan Hökumət Aparatındakı görüşdə “SOCAR Energy Georgia”-nın baş direktoru Mahir Məmmədov da iştirak edib.
Bu məqaləni paylaş