Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In nüvə silahını milli təhlükəsizliyin zamini hesab edir.

Bizim mütləq gücümüz olmalıdır ki, müharibənin qarşını alaq və onu dayandıraq, 1950-ci illərdəki müharibə kimi acı bir daha təkrarlana bilməsin”, – deyə Kim Çen In Koreya müharibəsinin ildönümü çıxışında bildirib.

Onun sözlərinə görə, nüvə silahının verdiyi üstünlüklərin sayəsində Şimali Koreya torpaqlarında “daha müharibə olmayacaq”, Şimali Koreya hər zaman sülh içərisində yaşayacaq.