Yaponiyanın avtomobil və motosikl şirkəti Suzuki Hindistandakı müəssisələrində istehsalını dayandırma qərarına gəlib.
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Dövlət yayım şirkəti NHK bu barədə məlumat yayıb. Qeyd olunub ki, yeni koronavirus (Kovid-19) epidemiyası səbəbindən tibbi sahədə oksigen istifadəsinin artması sənayedə oksigen çatışmazlığına səbəb olduğu üçün istehsal dayandırılıb.
Açıqlamada 1-9 may tarixləri arasında Suzuki-nin ölkədəki 3 zavodunda istehsalın dayandırılmasından hansı modellərin təsirlənəcəyinə dair məlumat verilməyib.
Bu məqaləni paylaş