Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi “Pəncə-İldırım” antiterror əməliyyatının 7-ci günü 2 hərbçi şəhid olub.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinın yaydığı məlumata görə, İraqın şimalında həyata keçirilən “Pəncə-İldırım” əməliyyatı çərçivəsində 28 apreldə terrorçuların tankəleyhinə silahla hücumu nəticəsində yaralanaraq xəstəxanada müalicə alan qəhrəman hərbçimiz ilə yanacaq doldurma fəaliyyəti zamanı, 30 aprel tarixində helikopterdən enişi zamanı yaralanan digər bir hərçimiz də yenə xəstəxanada xilas edilə bilməyərək 30 aprel 2021-ci il tarixində şəhid olmuşdur.
Qeyd edək ki, dünən də Türk ordusu şəhid vermişdi.
Bu məqaləni paylaş