
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər iki ölkə arasındakı münasibətlərin möhkəmlədilməsi istiqamətindəki addımları müzakirə ediblər.
Onlar həmçinin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin eskalasiyası ilə bağlı da fikir mübadiləsi aparıblar.
Liviya və Suriyadakı vəziyyət də müzakirə edilib.
Ölkə başçıları ikitərəfli əlaqələr və regional gündəlik məsələləri üzrə əməkdaşlıq və dialoqu inkişaf etditməyə dair razılığa gəliblər.






























