Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan arasındakı münaqişənin həllində vasitəçi rolunda çıxış etməyə hazırdır.
Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, Rusiyanın bu iki ölkə ilə KTMT və digər formatlarda ortaq nöqtələri var və “prezidenti Putin iştirakçı ölkələr arasında yarana biləcək kəskin problemlərin həllində vasitəçi rolunu oynaya bilər”.
“Hazırda biz görülmüş diplomatik işi və atəşkəsə dair qəbul edilmiş qərarı müsbət qiymətləndiririk. Biz bu qərarı salamlayırıq”, – deyə o qeyd edib.
Bu məqaləni paylaş