Mtsxeta, Gürcüstanın Mtsxeta-Mtianeti vilayətində bir şəhərdir. Gürcüstanın ən qədim şəhərlərindən biri və keçmiş paytaxtıdır. Tiflisdən təxminən 20 kilometr şimalda, Mtkvari və Aragvi çaylarının qovuşduğu yerdədir.
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda xarici və ölkə turistlərin ən çox ziyarət etdiyi Mtsxetada hazırda pandemiya ilə əlaqədar turizm sahəsi çox zəifləyib.
Qeyd edək ki, bu şəhər Azərbaycanın İsmayıllı rayonunda yerləşən Lahıc kəndini (qəsəbə) xatırladır.
Bu gözəl şəhərdən bir neçə foto təqdim edirik:
Bu məqaləni paylaş











