Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, yəhudilərin Meron dağı bölgəsində keçirdikləri Laq ba-Omer bayramı zamanı basırıq baş verib.
Nəticədə 44 nəfər ölüb, 103 nəfər isə yaralanıb.
Yaralıların vəziyyəti ağır olaraq dəyərləndirilir.
Əraziyə çox sayda təcili tibbi yardım dəstələri və 6 sanitar vertolyot göndərilib. Həmçinin səhra hospitalı da təşkil edilib.
Bayram təşkilatçılarının məlumatına görə, tədbirdə 100 mindən çox insan iştirak edib.
Bu məqaləni paylaş