“Şəhid Xudayar Yusifzadənin ünvanına ironik ifadə işlədən şəxsin döyülməsi ilə bağlı cinayət işi açılıb”.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O bildirib ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra məsələ barədə DİN tərəfindən müvafiq araşdırma aparılıb: “Hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Həmin şəxslər şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur”.
DİN rəsmisi əlavə edib ki, hadisəni törədənlərin izahatları alınıb:
“Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.
Qəlbləri fəth edən Xudayar Yusifzadədən hazırladığımız Özəl videonu bir daha diqqətinizə çatdırırıq: