Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ-ın İraqda yerləşən Taci hərbi bazasına raket hücumu edilib.

ABŞ hərbçilərinin yerləşdirildiyi Taci bazasının ərazisinə bir neçə raket düşüb”, – deyə təhlükəsizlik orqanlarındakı mənbədən bildirilib.

Hadisə nəticəsində ölənlərin və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.

Sözügedən hərbi bazada həmçinin NATO hərbçiləri də var.