Qırğızıstan və Tacikistan sərhədində yeni bir qarşıdurma baş verib. Belə ki, aprelin 28-də “Golovnoy” su paylama məntəqəsində sərhəd kəndlərinin sakinləri bir-birlərinə daş atmağa başlayıb. Tərəflər məsuliyyəti bir-birinin üzərinə atır.
Az.shafaqna.com xəbər verir ki, Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada hər 16 nəfər həyatını itirib, 115 nəfər yaralanıb.
Qırğızıstanın yerli xəbər qaynaqlarına görə, münaqişə zamanı 13 Qırğızıstan vətəndaşı həyatını itirib, 84 nəfər yaralanıb.
Tacikistan xəbər mənbələrinə görə isə, 3 Tacikistan vətəndaşı həyatını itirib, 31 nəfər yaralanıb.
Rusiyada səfərdə olan Qırğızıstanın Baş naziri Ulukbek Maripov və Tacikistanın Baş naziri Kohir Rasulzoda bir araya gələrək sərhəddəki münaqişəni danışıqlar yolu ilə ən qısa müddətdə həll etməyə hazır olduqlarını bildiriblər.
Digər tərəfdən, Qırğızıstandakı yerli xəbər agentlikləri yerli vaxtla saat 23.45-də Qırğızıstan-Tacikistan sərhədində toqquşma səslərinin dayandığını elan ediblər.
Qırğızıstanın cənub Batken bölgəsindəki polislər Tacikistan vətəndaşlarının Kok-Taş kəndində yerləşən bir hərbi hissəyə atəş açdıqlarını, Tacikistan tərəfdən də Qırğızıstanın Ak-Sai kəndi yaxınlığında atəş səsləri eşidildiyi bildirilib, – VOA bildirir.
Tacikistan Sərhəd Mühafizə Xidməti Qırğızıstan hərbi xidmətinin Tacikistan rəsmilərinin yurisdiksiyasını iddia etdikləri ərazidə yerləşən Golovnoi su paylama mərkəzinin yaxınlığındakı Tacikistan sərhəd bölmələrinə ilk atəş açanın Qırğızıstan hərbi personalı olduğunu deyərək iddiaları rədd edib.
Tacikistan rəsmiləri iki Tacikistan vətəndaşının güllə yarası alığını və aprelin 29-da xəstəxanaya yerləşdirildiyini bildirib. Rəsmilər bir gün əvvəl qarşıdurma nəticəsində yeddi Tacikistan vətəndaşının yaralandığını bildirmişdi.
Tacikistan tərəfi də toqquşmaların Qırğızıstan rəsmiləri tərəfindən qızışdırıldığını iddia edir.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Orta Asiyanın keçmiş Sovet respublikaları bir çox sərhəd bölgələrində mübahisələr yaşayır. Nəticədə çoxlu sayda ölümcül insident yaşanıb.