Ərdoğan Qut-ül Amarə şəhidlərini yad etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yazdığı misilsiz bir dastan olan Qut-ül Amarə Zəfərinin 105-ci ildönümündə qəhrəman şəhidləri yad edib.

Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Ərdoğan sosial media hesablarından paylaşdığı bəyanatında “Millətimizin yazdığı misilsiz bir dastan olan Qut-ül Amarə Zəfərinin 105-ci ildönümündə qəhrəman şəhidlərimizi rəhmətlə yad edirəm” ifadələrirdən istifadə edib.

İraq cəbhəsində 29 aprel 1916-cı ildə Türk ordusunun qəti qələbəsi ilə nəticələnən “Qut-ül Amarə” döyüşü Birinci Dünya Müharibəsinin əsas döyüşlərindən biri sayılır. General Çarls Vere Ferrers Tovnşend nəzarətindəki ingilis qoşunlarının təslim olması ilə qazanılan bu qələbə Çanaqqaladan sonra Birinci Dünya Müharibəsinin ən böyük qələbəsidir.

Bu məqaləni paylaş