Myanma ordusu Karen vә Kaçin әyalәtlәrindә etnik azlıq tәşkil edәn qüvvәlәrә qarşı hava hücumu hәyata keçirib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Kaçin Müstәqillik Tәşkilatının sözçüsü Nav Bu Myanma ordusunun Alav Bum dağının әtәyindәki Kaçin mövqelәrinә hava hücumu tәşkil etdiyini bildirib.
Nav Bu bölgәdә beş gündür intensıv qarşıdurmaların yaşandığını vә çox sayda mülki vәtәndaşın bölgәdәn qaçdığını qeyd edib.
Ölkәnin cәnub-şәrqindәki Karen әyalәtindә dә yardım tәşkilatlarının rәhbәrlәri ordunun hava hücumlarını davam etdirdiyini önə çəkib.
Qeyd edәk ki, Karen Milli Birliyi Myanma ordusunun ölkәnin cәnubundakı hәrbi bazasını nәzarәtinә keçirmişdi.
Xatırladaq ki, fevralın 1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa yüksәk vәzifәli şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi vә ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi.
Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.