Az.shafaqna.com “interpressnews”-ə istinaədn xəbər verir ki, 2021-ci il 1 yanvar tarixində Gürcüstan əhalisi 3 728 600 nəfər olub.
2020-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici 0,3% çoxdur.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.
1 yanvar 2021-ci ildə ölkə əhalisinin 1 796,2 minini kişilər, 1 932,4 minini isə qadınlar təşkil edib.
Ölkə əhalisinin 20,5% 0-14 yaş aralığında, 64,2%-i 15-64 yaş aralığında, 15,2%-i isə 65 və daha yuxarı yaşa sahibdir.
Bu məqaləni paylaş