
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1145-ə çatıb, onlardan 927 nəfər sağalıb, 16 nəfər ölüb. Karantin rejimində 6459 vətəndaş nəfər qalır ki, onların 353 nəfəri stasionar nəzarətdədilər.






























