Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi Rusiyanın istehsal etdiyi “Sputnik V” vaksinindən alıb.
“Türkiyənin səhiyyə naziri mənə dedi ki, onlar rusiyalı həmkarları ilə birgə istehsal üçün “Sputnik V” vaksinlərinin alışını razılaşdırıblar”, – deyə o qeyd edib.
Çavuşoğlu əlavə edib ki, Türkiyənin səhiyyə naziri ilə birlikdə Moskvaya səfər etməyi planlaşdırır. Ehtimal ki, işgüzar səfər may ayının ilk yarısında baş tuta bilər.
Bu məqaləni paylaş