Zurabişvili: Gürcüstan ordusu siyasətdən kənardır

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Müdafiə Qüvvələrinin 30 illiyi münasibəti ilə çıxış edib.

Gürcüstan ordusu birdir, siyasətdən kənardır, ölkəsinə, onun xalqına sadiqdir və bununla da birliyin ən böyük nümunəsidir. Bütün Gürcüstan əhalisini bu bayram münasibəti ilə təbrik edirəm”, – deyə o qeyd edib.

Zurabişvili gürcüstanlı hərbçilərə xidmətlərinə görə təşəkkür edib.

Bu gün biz Gürcüstan ordusunun 30 illiyini qeyd edirik… Bütün bu 30 il Gürcüstan ordusunun formalaşması və sınaqları, onun milli maraqlar, milli ləyaqət, ölkənin müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrundakı mübarizəsi baxımından ağır illər olub”, – deyə o əlavə edib.

Bu məqaləni paylaş