“Daşnaksutyun” bu gün Paşinyana qarşı aksiya keçirəcək

“Daşnaksutyun” Erməni İnqilabi Federasiyası Partiyası cümə axşamı, aprelin 29-da, saat 17:00-da Ermənistan Baş Prokurorluq binası qarşısında etiraz aksiyasını keçirməyi planlaşdırır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, “Daşnaksutyun” vətəndaşları sosial şəbəkələr vasitəsilə aksiyaya qatılmağa çağırır. Baş Prokurorluq binası önündə keçiriləcək mitinq “baş nazir kreslosunu tutan şəxsin qeyri-qanuni əmri ilə polis tərəfindən saxlanılan Sünik vilayəti sakinlərinin müdafiəsinə” yönəlib.

Ötən həftə Baş nazir Nikol Paşinyanın bu bölgəyə səfəri zamanı bir sıra yaşayış məntəqələrində onun gəlişinə qarşı etiraz aksiyaları keçirilmişdir.

Aksiya iştirakçıları Baş naziri “Satqın”, “Məğlubiyyətçi” çağırışları, söyüş və fitlərlə qarşılayıb.

Bu məqaləni paylaş