Qaribaşvili Azərbaycan DTX başçısı ilə görüş keçirdi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) başçısı Əli Nağıyevlə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı təhlükəsizlik sahəsindəki əsas əməkdaşlıq istiqamətləri müzakirə edilib. İki ölkənin təhlükəsizlik xidmətləri arasındakı sıx əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Hökumət administrasiyasındakı görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri F.Quliyev, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin beynəlxalq departamentinin rəisi T.Eynullayev, Gürcüstan tərəfindən isə Dövlət Təhlükəsizli Xidmətinin başçısı Q.Liluaşvili iştirak ediblər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş