Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, İraq ordusu 26 iyulda Diyalə əyalətində İŞİD terrorçularının qalıqlarına qarşı genişmiqyaslı əməliyyat başladıb.

Təhlükəsizlik xidmətinin məlumatına görə, İraq hərbi hava qüvvələrinin də iştirak etdiyi əməliyyat Diyalənin şimal-şərqindən Səlahəddin əyalətinin sərhədinədək olan əraziləri əhatə edir..

Xatırladaq ki, İŞİD terror təşkilatı Suriya və İraqda məhv edilsə də, onun qalıqları hələ də qalmaqdadır.