Az.shafaqna.com “A Haber” telekanalına istinadən xəbər verir ki, İstanbulda İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
MİT və Polisin birlikdə həyata keçirdikləri əməliyyat zamanı 14 şübhəli şəxsdən 3-ü haqqında həbs-qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamaya görə, digər 11 şübhəli ölkədən deportasiya olunmaları üçün Miqrasiya İdarəsinə təhvil verilib.
İŞİD-in 3 həbs olunan üzvünün terror hazırlığında olmalarına dair faktlar mövcud olduğu da qeyd edilib.
Bu məqaləni paylaş