Photograph: Katie Collins/PA

Az.shafaqna.com “Nairobi News”-ə xəbər verir ki, Keniya sakini evlilik təklifini rədd edən 16 yaşlı qızın əlini kəsib.

Bildirilir ki, bıçaqla silahlanmış kişi həmin qızı evlərinin yanında gözləyib. Qız xəstəxanaya yerləşdirilib.

O, mənimlə evlənmək istəyirdi, amma mən imtina etdim, çünki məni (hazırda) təhsil maraqlandırır. Bu, onun xoşuna gəlmədi. O, mənə əsəbiləşdi”, – deyə qız bildirib.

O həmçinin deyib ki, polis hücum edən şəxsi həmin gündəcə də sərbəst buraxıb. O, kişinin yenidən həbs edilməsini və cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.