Az.shafaqna.com “Rustavi 2”-yə istinadən xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə ölkənin qanunverici orqanının sədri vəzifəsinə seçilib.
86 deputat onun lehinə, 6 deputat isə əleyhinə səs verib.
Xatırladaq ki, 24 apreldə Arçil Talakvadze parlament spikerliyindən istefa verib.
Bundan sonra isə hakim “Gürcü Arzusu” partiyası həmin posta Kuçavanın namizədliyini irəli sürüb.
Bu məqaləni paylaş