Gürcüstanda yaxın zamanda kovid-pasportlar veriləcək

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, yaxın zamanda ölkədə kovid-pasportlarının verilməsi praktikası tətbiq ediləcək.

Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq başlayıb.

“Biz həqiqətən də birgə kovid-pasportlarını gözdən keçiririk. Kovid-pasportlarda əks olunacaq əsas parametrlər üzrə işlər aparılır. Bunlar mütləq şəkildə vaksinasiya tarixçəsi, keçirilmiş xəstəlik tarixçəsi və bəzi hallarda da, PZR-testin nəticələri olacaqlar. Ona görə də işlər aparılmaqdadır və biz düşünürük ki, bu praktika qısa müddətdə tətbiq ediləcək”, – deyə o qeyd edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş