Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda 27 apreldə Çin vaksininə qeydiyyat başlayır.
Bu barədə Gürcüstan İmmunizasiya üzrə Milli Texniki Məsləhətçilər Qrupunun başçısı İvane Çxaidze bildirib.
4 maydan isə “Sinopharm” preparatı ilə vaksinasiya etmək olacaq.
O əlavə edib ki, bu gün İmmunizasiya Şurasının iclasından sonra “Sinopharm”-ın hansı yaş kateqoriyasına şamil ediləcəyi məlum olacaq.
Qeyd edək ki, Gürcüstan artıq adıçəkilən vaksinin 100 min dozasını alıb. Bu vaksinlə dünyada 150 milyon insan vaksinasiya edilib. Yaxın zamanda Gürcüstana Çinin digər vaksini – “Sinovac” da (100 min doza) gələcək, “Sinopharm”-ın əlavə 500 min dozası isə iyun-iyul da gələcək.
Daha öncə Amiran Qamkrelidze bildirmişdi ki, “Sinopharm” ilə müəyyən kateqoriya vətəndaşlar vaksinasiya ediləcək. Onların arasında müəllimlər, uşaq bağçası tərbiyəçiləri, polislər, ədliyyə evləri əməkdaşları ola bilər.