Böyük Britaniya “Qlobal Korrupsiyaya Qarşı mübarizə Rejimi” çərçivəsində Rusiya, Cənubi Afrika, Cənubi Sudan və Latın Amerikanın bəzi ölkələrində 22 nəfərə sanksiya tətbiq edilməsi qərarına gəlib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, “Qlobal Korrupsiyaya Qarşı Mübarizə Rejimi” çərçivəsində adları qlobal korrupsiya işlərinə qarışanlara sanksiya tətbiq etdiləcək. Sanksiya siyahısına daxil edilənlər İngiltərə bankları vasitəsi ilə daha pullarını təmizləyə bilməyəcəklər.
Açaqlamada qeyd edilib ki, ilk dəfə elan edilən sanksiyalarla Rusiya, Cənubi Afrika, Cənubi Sudan və bəzi Latın Amerikası ölkələrindən 22 nəfərin səyahətinə qadağa qoyulub və bank hesabları dondurulub.