
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Qətər Beynəlxalq Olimpiya Komitəsinə məktub göndərərək 2032-ci il yay Olimpiya oyunlarını özündə keçirmək istədiyini bəyan edib.
Qətərdən başqa Hindistan, Avstraliya və Çin də Oyunları qəbul etməyi planlaşdırır. Həmçinin Cənubi və Şimali Koreyaların da birgə sorğusu daxil olub.
Xatırladaq ki, Qətər öncə də Olimpiya oyunlarına ev sahibliyi etmək istəyib: 2016 və 2020.
Qeyd edək ki, 2020-ci ildə Tokiyoda keçirilməli olan Olimpiya oyunları pandemiya səbəbi ilə 2021-ci ilin yayına keçirilib.






























