Az.shafaqna.com xəbər verir ki, İraqın Nəcəf şəhərində olan İmam Əli (ə) ziyarətgahında zəvvarlar üçün hər gün iftar yeməkləri paylanılır.

Bu barədə Ziyarətgah Kompleksin müavinlərindən olan Atir Əl Təmim bildirib.

Onun sözlərinə görə, pandemiya nəzərə alınmaqla gündəlik olaraq ziyarətgahda həm xadimlər, həm də zəvvarlar üçün iftar yeməkləri bişirilir və paylanılır.

Atir Əl Təmim həmçinin qeyd edib ki, İmam Əlinin (ə) şəhadət günləri, həmçinin Qədr gecələrində imsak yeməkləri də paylanılacaq.

Əvvəlki məqaləAzərbaycanda valyuta məzənnələri – 27.04.2021
Növbəti məqalədəAğır yaralanan daha 13 qazi Türkiyəyə göndərildi