Ərdoğan: Türkə, Türk millətinə “soyqırım” ifadəsini yapışdıra bilməzsiniz

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra verdiyi açıqlamada Baydenin soyqırım ifadəsini işlətməsinə sərt reaksiya verib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

“Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uymayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.

Ərdoğan Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadəyə yol verdiyini düşündüyünü bildirib.

Türkiyə Prezidenti “Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hesab etmirik, amma əgər belə bir yarış keçirəcəklərsə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid kütləvi məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb” deyə əlavə edib.

“24 apreldə insani faciə adından heç bir hadisə baş verməyib. 24 aprel 1915-ci il tarixində Osmanlı dövlətinin əleyhinə fəaliyyət göstərən təşkilatları bağlayıb 235 idarəçisini həbs etdiyi gündür. Erməni çətələri Türk ordusu ilə vəya şəhərlərini qoruyan milisləri ilə toqquşmayıb, müdafiəsiz insanları qətlə yetirmişdir. Bütün bu həqiqətlər ortada ikən, durub Türkə, Türk millətinə “soyqırımı” ifadəsini yapışdıra bilməzsiniz” deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan onu da deyib ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək cəhdlərindədirlər: “Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox. İllərdir dilə gətirilən erməni iddiaları mövzusunda ortaq tarix komissiyası qurulması təklifimizə hələ də bir cavab ala bilməmişik”.

“Ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri ortadadır. Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? ABŞ, Rusiya və Fransa. Bunlar 30 il ərzində Qarabağı işğaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurdlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər “soyqırımı” deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır.”, – Ərdoğan əlavə edib.

Bu məqaləni paylaş