Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ayda Rusiya bazasının inşası zamanı robotlardan istifadə ediləcək.

Bu haqda “Andoridnaya texnika” elmi-istehsal birliyinin icraçı direktoru Yevgeni Dudorov bildirib.

Robotlar idarə edilən ekspedisiyaların növbələri arasında kosmik infrastruktura xidmət göstərəcək. Onlar evlərin tikintisi ilə məşğul olacaqlar, digər işləri yerinə yetirəcəklər”, – deyə o qeyd edib.

O deyib ki, Ayda, Beynəlxalq Kosmik Stansiyadan (BKS) fərqli olaraq, kosmonavtlar 1-2 həftədən artıq işləyə bilməyəcəklər, buna görə də orada robotlar zəruridir.

Qeyd edək ki, Rusiya “Luna-25” aparatını 2021-ci il 1 oktyabrda buraxmağı planlaşdırır. Kosmonavtların da iştirak edəcəyi Aya idarə edilən uçuş isə 2030-cu ilə planlaşdırılır. Həmçinin bildirilir ki, Ayın mənimsənilməsi və Rusiya bazasının inşası, çox güman ki, Çinlə birlikdə həyata keçiriləcək.