
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, həkim-diyetoloq Aleksey Kovalkov bildirib ki, piylənmə zamanı adi pəhrizlər faydasızdır.
Onun sözlərinə görə, piylənmə əleyhinə mübarizə ilə mütəxəssislər məşğul olmalıdır, çünki bu, xəstəlikdir və tibbi xəstəliklər təsnifatına daxildir.
“Məsələ özümüzü diyeta ilə məhdudlaşdırmaqda deyil, problemi bir dəfə həll etmək və əziyyət çəkməməkdədir”, – deyə o qeyd edib.
O deyib ki, həddindən artıq kökəlmənin ən çox rast gəlinən səbəbi orqanizmdə piyyandıran və piytoplayan hormonlardakı disbalansdır. Həmçinin xəstəlik irsi meylə görə də yarana bilər.






























