Alex Brandon/AP Images

Az.shafaqna.com “The Hill”-ə istinadən xəbər verir ki, ABŞ nümayəndələr palatasının spikeri Nensi Pelosi ölkə prezidentinə ləqəb tapıb.

Pelosi Trampın koronavirusla mübarizəyə dair qərarını şərh edərkən onu “Cənab Daha da Pis et” (“Mr. Make Matters Worse”) adlandırıb.

O, vəziyyəti ən əvvəldən daha da pisləşdirib – gecikmə, təkzib, “bu yalandır”, “o (koronavirus – red) sehrli yolla yox olacaq” və qalan şeylər. Və budur, biz artıq bu vəziyyətdəyik”, – deyə Pelosi qeyd edib.

Bundan başqa o, Ağ Evin məktəbləri açmaq istəməsi niyyətini də tənqid edib.