Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:”Yeganə əsası populizm olan qondarma “soyqırım” la bağlı bəyanatı rədd edirik”.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu rəsmi “Twitter” səhifəsində etdiyi paylaşimda bildirib.
Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırım adlandırmasına münasibət bildirib.
“Sözlər tarixi dəyişdirə bilməz. Tariximiz haqqında heç kimdən dərs almayacağıq” , – deyə Türkiyənin xarici işlər naziri qeyd edib.
“Sözcükler tarihi değiştiremez, yeniden yazamaz.”
Tarihimiz hakkında kimseden ders alacak değiliz. Siyasi fırsatçılık barış ve adalete karşı en büyük ihanettir.
Tek dayanağı popülizm olan bu açıklamayı tümüyle reddediyoruz.#1915Olayları
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 24, 2021