ABŞ Prezidenti Co Bayden, Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini “soyqırım” kimi tanıyıb.
Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, Bayden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reagan-dan bəri “soyqırım” ifadəsini istifadə edən ilk ABŞ prezidenti olub.
Bundan əvvəl ABŞ mediası və Reuters agentliyi bildirib ki, Biden Erdoğana telefon zəngi zamanı deyib ki, “erməni soyqırımını tanımaq ehtimalını nəzərdən keçirir”.
Telefon danışığından bir gün əvvəl Reuters informasiya agentliyi və aparıcı ABŞ qəzetləri Wall Street Journal, New York Times və Washington Post, ABŞ administrasiyasındakı mənbələrinə istinadən, Biden-in 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyacağını bildirmişdilər.
Bu məqaləni paylaş