Az.shafaqna.com Mərcəi təqlid müctehidi Ayətullah Vəhid Xorasaninin Mübarək Ramazan ayı – samit Quranın nazil olması və natiq Quranın süud etməsi (Allah dərgahına yüksəlməsi) haqqında möhtəşəm fikirlərini təqdim edir:

بِسمِ الله الرَحمنِ الرَحیم
الحمد لله رب العالمین وصلی الله علی سیدنا محمد وآله الطاهرین سیما بقیة الله في الأرضین واللعن علی أعدائهم إلی یوم الدین

Qırmızı iksir – dinin fiqhidir
Məsələləri başa düşmək onları əzbərləməkdən tamamilə başqa şeydir. Mühüm məsələ budur: insanda elə bir qüdrət əmələ gəlsin ki, həqiqətlərin qabığını soyaraq onun məğzini çıxara bilsin. Bu məqam qırmızı iksirdir və fiqhin həqiqəti də budur: “لِيَتَفَقَّهُوا فِي الدِّينِ” – “ki, dində təfəqqüh etsinlər.”
Dinin fiqhi ifadəsindən bəzi hallarda “rəvayətin dirayəti” kimi təbir edilir. Bəzən isə Əhli-beyt ◊-ın kəlamlarındakı incəliklərin dərk olunması kimi təbir edilir. Elm əldə etməyin son məqsədi bu həddə çatmaqdır.

Təsbih sayılan nəfəslər, ibadət olan yuxular
Peyğəmbəri-əkrəm —-in mübarək Ramazan ayı barəsində olan təbiri insanı heyrətə salır! Biz onun bir kəlməsinə işarə edirik: “أَنْفَاسُكُمْ فِيهِ تَسْبِيحٌ وَ نَوْمُكُمْ فِيهِ عِبَادَةٌ” – “Ondakı nəfəsləriniz təsbihdir, ondakı yuxularınız ibadətdir.”
Bu kəlmələri hamınız oxuyursunuz; amma görəsən onlarda necə incə məsələlər vardır?
Nəfəs çəkmək qeyri-ixtiyari bir məsələdir, ixtiyarsız olaraq gəlir və gedir. Yuxu da qeyri-ixtiyari bir şeydir, o gələndə insanın bütün qüvvələrini təsirdən salır.
Bu ayda necə bir qüdrət vardır ki, qeyri-ixtiyari şeyləri ixtiyari məsələlərə çevirir?! İcbari şeyləri dəyişdirir, özü də insan əqlini heyrətə salan bir şəkildə?!

Təsbih – Allah barəsindəki mərifətin ən yüksək həddidir
İlahi mərifətin ən yüksək həddi təsbihdir:
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى * الَّذِي خَلَقَ فَسَوَّى
“Ən yüksək məqamlı Rəbbinin adına təsbih de (Onu hər növ eyib və nöqsandan pak-pakizə bil), o Rəbb ki, xəlq etdi, sonra nizama saldı.” Məhz buna görə də təsbih demək rükuda və səcdədə müəyyən olunmuş vəzifədir.
İndi görəsən, təsbihin özünün həqiqəti nədir? Əfsus ki, biz bu həqiqətlərə lazımi şəkildə üz gətirmədik, bu kəlmələrdə necə gövhərlərin olduğunu başa düşmədik!
Yaxşı-yaxşı diqqət edin: “təsbihati ərbəə”də –سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لاَ اِلـٰهَ اِلاَّ اللَّهُ وَ اللَّهُ اَكْبَرُ – (subhanəllah, vəl-həmdu lillah, və la ilahə illəllah, vəllahu əkbər) kəlmələrin ən tamı tövhid kəlməsi (la ilahə illəllah) olduğuna, paklıq və islamın tövhid kəlməsinə bağlı olduğuna baxmayaraq, heç fikirləşmisinizmi nə üçün onda təsbih kəlməsi (subhanəllah) əvvəldə gəlir?

Hikmət qapıları “müsəbbəhat” surələrində
Quranda müəyyən surələr “müsəbbəhat” surələri adlanır. Bu surələrin hamısı “təsbih”lə başlanır. Bu surələrdə necə həqiqətlər vardır?!
سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ
“Asimanlarda və yerdə olanların hamısı Allaha təsbih dedi.”
سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ
“Asimanlarda olanlar və yerdə olanlar Allaha təsbih dedi.”
Həmçinin:
يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ
“Asimanlarda olanlar və yerdə olanlar Allaha təsbih deyir.”
Təbirlər də üç qisimdir: Bir qismi keçmiş zaman formasındadır, “Hədid” surəsində olduğu kimi; bir qismi indiki zaman formasındadır, “Cümə” surəsində olduğu kimi, bir qismi də əmr formasındadır:
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى
“Ən yüksək məqamlı Rəbbinin adına təsbih de!”
Heyətlər üç qisimdir: keçmiş zaman, indiki zaman və əmr forması. Bu maddə (hər üç felin kökü) bu üç heyətdə gəlmişdir və hər birində hikmət qapıları vardır.

Mübarək Ramazan ayının iksiri ilə nəfəsin təsbihə çevrilməsi
Mübarək Ramazan ayında iksir xasiyyəti əmələ gəlir. İksir nə deməkdir? İksir bir əməldir ki, onun məhsulu hər nəyə toxunsa, kimya olur (qızıla çevrilir). Bu nədir ki, zatı dəyişdirir?! Bir toxunmaqla cövhəri zat baxımından tamamilə dəyişdirir?!
Bu, həmin qırmızı kibritdir ki, rəvayətlərdə ona işarə edilmişdir. İmam Sadiq ◊-ın şagirdlərindən biri onu bilirdi: Cabir ibni Həyyan. O, kimya elminə sahib olmuşdu və İmam ◊ ona iksir düzəltməyi öyrətmişdi.
Bu, iksirin xasiyyətidir: dəmirə dəyəndə onu qırmızı qızıla çevirir, halbuki dəmirin tərkibinin dəyişməsi üçün dəmir mədənində onun milyardlarla il qalması gərəkdir.
Mübarək Ramazan ayının xassəsi budur: nəfəsləri təsbih edir; təsbih deyilmədiyi halda nəfəs təsbihə çevrilir!

Nəfəsin təsbihi ilə Allah tərəfindən nəfəsin təsbihə çevrilməsi arasındakı fərq
Təsbih iki qisimdir: bəzən adamın özü təsbih deyir, bəzən isə Allah insanın nəfəs almasını təsbihə çevirir. Bunu yaxşı-yaxşı dərk edin! İnsanın özü təsbih deyəndə, bu onun öz işi və onun özü ilə mütənasib olur. Amma Allah insanın nəfəsini təsbihə çevirəndə, əql o təsbihin əzəmətini dərk etməkdə heyrətdən donub qalır:

“أَنْفَاسُكُمْ فِيهِ تَسْبِيحٌ”

“Bu ayda nəfəsləriniz təsbihdir.” Bu, birinci ünvandır.

Təsbihə çevrilən nəfəsdə Allahı yad etmək
Amma əgər bir kəs tövfiq tapsa və təsbihə çevrilən bu nəfəsi öz ixtiyarı ilə Allaha zikrdə sərf etsə, onda o zikr nə olacaqdır? O zikr sair zikrlərlə müqayisə olunası deyildir!
Mühüm budur: Bir dəfə mənim nəfəsim “la ilahə illəllah” olur, bir dəfə də Allahın düzəltdiyi “subhanəllah” (çevrilib) “la ilahə illəllah” olur. Onun maddəsi “subhanəllah”dır, amma surəti “la ilahə illəllah”dır!

Təsbihə çevrilən nəfəsin camaatın təbliğinə məşğul olması
Bundan da mühüm məsələ budur ki, mübarək Ramazan ayında təsbihə çevrilən həmin nəfəs bir cahil şəxsə yol göstərilməsinə, bir qafilin qəflətdən oyadılmasına, yolunu azmış bir şəxsin hidayətinə sərf olunsun. Bu fərzdə artıq bütün yazanlar bu əməlin əcr və savabını yazmaqdan acizdir!
Dini təbliğ etmək üçün bir şəhərə, bir kəndə gedənlər bu gün deyəcəyim şeylər barədə yaxşı-yaxşı fikirləşsinlər, sonra başa düşsünlər ki, hara gedirlər, nə edirlər və bu iş üçün necə hazırlaşmalıdırlar.
Allah dərgahında heç bir məqam yolunu azmış bir adamı hidayət edən şəxsin məqamından üstün deyildir. Allah dərgahında heç bir mənsəb Allaha yad olan bir şəxsi Onunla tanış etməkdən üstün deyildir. Allah yanında heç bir əməl Əmirəl-möminin Əli ◊-ın imaməti yolundan azmış bir şəxsi Allahın ən böyük yolu olan bu yola qaytarmaqdan da üstün və şərafətli deyildir.
Evin bir küncündə yatmış olan bir şəxsin təsbihə çevrilən nəfəsi (təbliğə gedib) bir abadlıqda bu işlərə məşğul olsa: namazını tərk edən bir şəxsi namaza qaytarsa, Allahdan qafil olan bir şəxsə Allahı xatırlatsa, onda hansı məqama malik olar?!

Əvvəlki məqalə2023-də Qarabağda bu işlərə 3,675 milyard AZN xərclənib
Növbəti məqalədəÖtən il Şuşaya gələn turistlərin sayı açıqlanıb